BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsinə dair saziş təsdiq edildi | 1news.az | Xəbərlər
Rəsmi

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsinə dair saziş təsdiq edildi

20:59 - 24 / 12 / 2015
BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsinə dair saziş təsdiq edildi

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraqqərara alıram:

1. Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilməsinə dair 2015-ci il oktyabrın 24-də London şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansına bildiriş göndərsin.

Paylaş:
912

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər