Azərbaycan və Monteneqro arasında ətraf mühitin mühafizəsi üzrə saziş təsdiqlənib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan və Monteneqro arasında ətraf mühitin mühafizəsi üzrə saziş təsdiqlənib

21:01 - 24 / 12 / 2015
Azərbaycan və Monteneqro arasında ətraf mühitin mühafizəsi üzrə saziş təsdiqlənib

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraqqərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2015-ci il oktyabrın 27-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Monteneqro Hökumətinə bildiriş göndərsin.

Paylaş:
945

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər