Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şabranda vətəndaşları qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şabranda vətəndaşları qəbul edib

13:45 - 25 / 12 / 2015
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şabranda vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Şabran şəhərində vətəndaşları qəbul edib.

1news.az xəbər verir ki, qəbulda Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşan məcburi köçkünlər iştirak ediblər.

Vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Paylaş:
1479

Son xəbərlər

Bütün xəbərlər