İstanbulda TDƏŞ-in Ağsaqqallar Şurasının onuncu toplantısı keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

İstanbulda TDƏŞ-in Ağsaqqallar Şurasının onuncu toplantısı keçirilir

14:35 - 25 / 12 / 2015
İstanbulda TDƏŞ-in Ağsaqqallar Şurasının onuncu toplantısı keçirilir

Bu gün İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Ağsaqqallar Şurasının X toplantısı işə başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadla xəbər verir ki, toplantıda Türkiyə rəsmiləri, ölkə parlamentinin deputatları, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərovun, Qırğızıstan Ağsaqqallar Şurasının sədri Beksultan Zakiyevin, Qazaxıstan ağsaqqallarının nümayəndəsi, sabiq senator Adil Ahmetovun rəhbərlik etdikləri nümayəndə heyətləri, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali, TURKSOY-un və TürkPA-nın təmsilçiləri iştirak edirlər.

İclasın gündəliyinə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının altıncı Zirvə toplantısının əsas mövzusu olan gənclik və idman mövzusu, o cümlədən siyasi, iqtisadi, mədəni, turizm, biznes və digər sahələr də daxil olmaqla təşkilatın 2016-cı ildə nəzərdə tutulan çoxistiqamətli fəaliyyətinin daha səmərəli qurulmasına dair məsələlər daxildir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov TDƏŞ-in ayrı-ayrı strukturlarının, o cümlədən Ağsaqqallar Şurasının fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Sonra nümayəndə heyətlərinin rəhbərlərinin və digər təmsilçilərin çıxışları dinlənilib. Bildirilib ki, TDƏŞ-ə üzv ölkələrdə gənc nəslin düzgün tərbiyəsi, yüksək təhsil alması, onların ölkələrimizin inkişafında daha yaxından iştirakına nail olunması məsələlərində ağsaqqalların üzərinə böyük vəzifələr düşür. TDƏŞ ölkələrimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə düzgün çatdırılması məsələlərində beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirməli, həmçinin bu prosesdə qurumun Ağsaqqallar Şurasının iştirakına ciddi səylər göstərməlidir.

Sonra Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məlumat verib.

İclas dekabrın 26-da işini davam etdirəcək.

1news.az

Paylaş:
825

Son xəbərlər

İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıb - VİDEOBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09
Bütün xəbərlər