Əbülfəs Qarayev: “Çalışırıq ki, turizm sahəsində süni qiymət artımının qarşısını alaq”
Devalvasiya ilə əlaqədar çalışırıq ki, Azərbaycanda turizm sahəsində süni qiymət artımın qarşısını alaq.
Bu haqda jurnalistlərə açıqlama verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Onun sözlərinə görə, devalvasiya, sözsüz ki, daxili turizm bazarına da öz təsirini göstərəcək.
“Məsələn, əgər ərzaq məhsullarının qiyməti qalxırsa, deməli bu, turizm obyektlərində də artacaq. Belə ki, onlar bir-biri ilə bağlıdırlar”, - o, dedi.
Nazir qeyd edib ki, Yeni il ərəfəsində Azərbaycanın turizm regionlarının 70-75%, bəzi regioanlarda isə 90% yer bron edilib:
“Bu, onu göstəricisidir ki, Azərbaycan vətəndaşları istirahət respublikada etmək istəyirlər”.
1news.az
1068