Dövlət proqramı çərçivəsində 3500 nəfər xaricdə təhsil almaq hüququ qazanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət proqramı çərçivəsində 3500 nəfər xaricdə təhsil almaq hüququ qazanıb

16:28 - 25 / 12 / 2015
Dövlət proqramı çərçivəsində 3500 nəfər xaricdə təhsil almaq hüququ qazanıb

Azərbaycan gənclərinin 2015-2016-cı tədris ili üçün  Dövlət proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 419 universitetlərinin prioritet ixtisaslarında təhsil almaq imkanına şərait yaradılıb.

Bu haqda Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2015-2016-cı tədris ili üçün uğurla seçim mərhələsini keçmiş 373 nəfər Dövlət proqramı çərçivəsində xaricdə təhsil almağa göndərilib.

Onlardan – 176 nəfər magistraturaya, 25 nəfər – doktoranturaya, 70 nəfər – rezidenturaya, 102 nəfər – ali tibbi baza təhsili və bakalvr pilləsində təhsil almağa göndərilib.

Dövlət proqramı çərçivəsində3558 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Təhsilini başa vurma haqda qeydiyyatdan 1147 nəfər keçib ki, onlardan 60% özəl, 40% isə dövlət müəssisələrində çalışırlar.

1news.az

Paylaş:
754

Son xəbərlər

Bütün xəbərlər