Nazirlər Kabineti 2016-cı il üçün bayram günlərinin vaxtını açıqlayıb
Azərbaycan Respublikasının Nazirlər Kabineti ölkədə 2016-cı il üçün qeyd ediləcək bayram günlərinin vaxtını açıqlayıb.
1news.az-ın verdiyi xəbərə görə,Nazirlər Kabinetinin qərarına əsasən 2016-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.
Əmək Məcəlləsinə əsasən gələn il Novruz bayramında 20 mart bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün gələn il Novruz bayramında 8 gün – 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixlərində qeyri-iş günü olacaq.
Bundan başqa, 7 iyul Ramazan bayramı, 12, 13 sentyabr Qurban bayramıdır.
1news.az
1536