Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

19:02 - 26 / 12 / 2015
Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Bir sıra dövlət və hökumət başçıları, habelə digər nüfuzlu şəxslər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik ediblər.

1news.az-ın Azərbaycan Prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, dövlət başçısına növbəti təbriklər ünvanlanıb:

Rusiya Uşaq Fondunun sədri, yazıçı, Rusiya Təhsil Akademiyasının akademiki Albert Lixanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Rusiya Uşaq Fondu adından səmimi təbriklərimizi qəbul edin.

Respublikanızın rifahı naminə fədakar əməyinizə və ağır taleli uşaqlara göstərdiyiniz atalıq qayğısına görə Sizə dərin ehtiram bəsləyirik. Sizə uzun ömür, cansağlığı, uğurlar və xoş günlər diləyirik.

Ən xoş arzularla,

Albert Lixanov

Rusiya Uşaq Fondunun sədri, yazıçı,

Rusiya Təhsil Akademiyasının akademiki

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən səmimi və hərarətli təbriklərimi qəbul edin. Sizin çoxşaxəli fəaliyyətiniz, respublikanın firavanlığı naminə yorulmadan çalışmağınız yüksək hörmətə layiqdir.

İcazə verin, Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının hərtərəfli inkişafı və çiçəklənməsi naminə işlərinizdə tükənməz enerji və zəfərlər diləyim.

Zati-aliləri, Sizə və xanımınız Mehriban Arif qızına firavanlıq və səadət arzu edirəm.

Hörmətlə,

Tatyana Anodina

Dövlətlərarası Aviasiya Komitəsinin sədri

Rusiyanın “Qazprom” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Aleksey Millerdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə “Qazprom” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və çoxşaxəli fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm.

Hörmətlə,

Aleksey Miller

Rusiyanın “Qazprom” Açıq Səhmdar Cəmiyyəti

İdarə Heyətinin sədri

Rusiyanın “Rosnano” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Anatoli Çubaysdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizə uzun illər boyu cansağlığı və firavanlıq arzu edirəm.

Qoy, bütün səylərinizi daim silahdaşlarınızın möhkəm dəstəyi, atdığınız addımların müvəffəqiyyətinə inam hissi və tükənməz enerji müşayiət etsin.

Hörmətlə,

Anatoli Çubays

Rusiyanın “Rosnano” Açıq Səhmdar Cəmiyyəti

idarə heyətinin sədri

Türk Dünyası Bələdiyyələr Birliyinin rəhbəri, Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri İbrahim Karaosmanoğludan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident,

Sizi doğum gününüz münasibətilə Türk Dünyası Bələdiyyələr Birliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm.

Dərin hörmət və ehtiramla,

İbrahim Karaosmanoğlu

Türk Dünyası Bələdiyyələr Birliyinin rəhbəri,

Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri

Rusiyanın Əməkdar Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının akademiki Nikas Safronovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə dərin hörmət və ehtiram hissi ilə təbrik edirəm.

Sizin bütün işləriniz və təşəbbüsləriniz Azərbaycan xalqının həyatının daha da yaxşılaşmasına, ölkənin qüdrətinin və firavanlığının möhkəmlənməsinə yönəlib. Mən ilk görüşdən Sizin indi tamamilə reallaşan potensial imkanlarınıza əmin idim.

Qoy həyatınızın yeni səhifəsi özü ilə yeni-yeni qələbələr və nailiyyətlər gətirsin, köhnə və sadiq dostları hifz etsin.

Sizə cansağlığı və uzun ömür arzu edirəm.

Hörmətlə həmişə Sizin,

Nikas Safronov

Rusiyanın Əməkdar Rəssamı, Rusiya

Rəssamlıq Akademiyasının akademiki

“Ümumukrayna Ağsaqqallar Şurası” İctimai Birliyinin sədri Anatoli Raxanskidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən səmimi və xoş təbriklərimizi qəbul edin.

Sizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, çoxşaxəli fəaliyyətinizdə uğurlar arzu edirik.

Qoy, Sizin tükənməz enerjiniz, peşəkarlığınız və məqsədyönlülüyünüz qat-qat artsın və bundan sonra da mühüm dövləti məsələlərin həllində Sizə kömək etsin.

Qoy, həmkarlarınızın və dostlarınızın səmimi və hərtərəfli dəstəyi həmişə Sizinlə olsun.

Mühüm və nəcib əməyinizdə Sizə uzun illər səmərəli fəaliyyət və çoxsaylı vacib işləri başa çatdırmağınızı arzu edirik.

Hörmətlə,

Anatoli Raxanski

“Ümumukrayna Ağsaqqallar Şurası”

İctimai Birliyinin sədri

İnsan Hüquqları üzrə Moskva Bürosunun direktoru, Rusiya Prezidenti yanında vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları Şurasının üzvü, Rusiya Hüquqşünaslar Assosiasiyasının üzvü Aleksandr Broddan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Ad gününüz münasibətilə ürəkdən gələn səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, işinizdə yeni-yeni uğurlar, tükənməz həyat eşqi, xoşbəxtlik, xeyir-bərəkət, ailə səadəti arzu edirəm.

Bundan sonra da Sizinlə əməkdaşlığa ümid bəsləyirik.

Hörmətlə,

Aleksandr Brod

İnsan Hüquqları üzrə Moskva Bürosunun direktoru, Rusiya Prezidenti yanında

vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları Şurasının üzvü,

Rusiya Hüquqşünaslar Assosiasiyasının üzvü

Rusiya Notariuslar Assosiasiyasının sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti professor Natiq Ağamirovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,

İcazə verin, Sizi doğum gününüz və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Rusiya Notariuslar Assosiasiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edim, Sizə möhkəm cansağlığı və doğma Azərbaycanın çiçəklənməsi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edim.

Yeni il ərəfəsində bu əlamətdar tarixləri qeyd etmək hər bir azərbaycanlı üçün xoş ənənəyə çevrilib. İcazə verin, qarşıdan gələn yeni 2016-cı il münasibətilə Sizi təbrik edim və ən səmimi arzularımı çatdırım.

Başa çatan il Azərbaycanın növbəti əlamətdar nailiyyətləri ilə yadda qalıb. Bakıda keçirilən birinci Avropa Oyunları Azərbaycan dövlətinin uğurlarını və imkanlarını, xalqımızın böyüklüyünü bütün dünyaya nümayiş etdirib, dünya mədəniyyəti və idmanı tarixində daimi yerini tutub.

Bu gün bütün dünya birliyi kimi tarixi Vətənimiz də çətin bir dövr yaşayır. Təbii ki, dünyada baş verən qlobal iqtisadi, siyasi proseslər və problemlər son illər beynəlxalq siyasətin əhəmiyyətli amilinə, regionun liderlərindən birinə çevrilən Azərbaycan Respublikasından da yan keçə bilməzdi.

Amma biz Yeni ili nikbinliklə qarşılayırıq və inanırıq ki, Tanrının xeyir-duası və Sizin rəhbərliyiniz ilə Azərbaycan xalqı bu sınaqlardan şərəflə çıxacaq, dövrün çətinliklərini müvəffəqiyyətlə dəf edəcək və dünyanın inkişaf etmiş ölkələri sırasındakı mövqeyini möhkəmləndirəcək. Xalqımızın əməksevərliyi və fədakarlığı, Prezidentimizin siyasi xadim kimi həyat təcrübəsi, dərin bilikləri, yüksək peşəkarlığı və mənəvi gücü bütün bunların rəhni olacaq.

Möhtərəm İlham Heydər oğlu, icazə verin, doğum gününüz münasibətilə Sizi bir daha təbrik edim.

Qoy, qarşıdan gələn Yeni il Sizin üçün və bütün Azərbaycan xalqı üçün əlamətdar hadisələr, yeni xeyirxah işlər və nailiyyətlərlə zəngin uğurlu və firavan il olsun!

Sizə və doğmalarınıza ürəkdən möhkəm cansağlığı, xoşbəxtlik, gözəl Yeni il ovqatı arzu edirəm.

Hörmətlə,

professor Natiq Ağamirov

Rusiya Notariuslar Assosiasiyasının sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü,

Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Doğum gününüz münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan səmimi təbriklərimizi qəbul edin!

İcazə verin, Sizə cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycan Respublikasının əmin-amanlığı, sabitliyi və rifahı naminə bütün təşəbbüslərinizdə uğurlar arzu edək.

Sizə və yaxınlarınıza ən xoş arzularla,

Radik Batırşin

“Mir” Dövlətlərarası Teleradio

Şirkətinin sədri

Həştərxan şəhərindəki Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinin direktoru Tatyana Tixomirovadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Həştərxan şəhərindəki “Heydər Əlirza oğlu Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbi” bələdiyyə büdcə ümumtəhsil müəssisəsinin və “Drujba uşaq bağçası” əlahiddə bölməsinin kollektivi, habelə uşaqlar və onların valideynləri adından Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik.

Sizə möhkəm cansağlığı, bütün təşəbbüslərinizdə uğurlar, tükənməz yaradıcılıq enerjisi arzulayırıq.

Bu xoş fürsətdən istifadə edərək, Sizi, həmçinin qızınız Leyla Əliyevanın fəaliyyətinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən yüksək qiymətləndirilməsi münasibətilə təbrik edirik.

Əminik ki, Sizin müdrik rəhbərliyiniz ilə Azərbaycan Respublikasının və onun dost xalqının inkişafı və firavanlaşması davam edəcək.

Ümidvarıq ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Həştərxan vilayəti arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə yönəlmiş sosial əhəmiyyətli beynəlxalq layihələrin həyata keçirilməsinə bundan sonra da diqqət yetirəcəksiniz.

Hörmətlə,

Tatyana Tixomirova

Həştərxan şəhərindəki Heydər Əliyev adına 11 nömrəli

orta ümumtəhsil məktəbinin direktoru.

President.az

Paylaş:
990

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 220 / 09 / 2024, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar20 / 09 / 2024, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub20 / 09 / 2024, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olub20 / 09 / 2024, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyir20 / 09 / 2024, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək20 / 09 / 2024, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib20 / 09 / 2024, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olundu20 / 09 / 2024, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq20 / 09 / 2024, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub20 / 09 / 2024, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydı20 / 09 / 2024, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTO20 / 09 / 2024, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edib20 / 09 / 2024, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEO20 / 09 / 2024, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilib20 / 09 / 2024, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçirib20 / 09 / 2024, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilib20 / 09 / 2024, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdi20 / 09 / 2024, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib20 / 09 / 2024, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb20 / 09 / 2024, 13:45
Bütün xəbərlər