Zaqatalada baş verən zəncirvari yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada baş verən zəncirvari yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb - FOTO

03:45 - 27 / 12 / 2015
Zaqatalada baş verən zəncirvari yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb - FOTO

Zaqatalada baş verən zəncirvari yol qəzası nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb. 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Zaqatala şəhərinin girişindən keçən hissəsində baş verən ağır zəncirvari yol qəzasında Zaqatala şəhər sakini, 1988-ci il təvəllüdlü Hüseyn Bayram oğlu Kərimovun idarə etdiyi “VAZ 2106” markalı 62 BD 725 dövlət nömrə nişanlı minik avtomobili, şəxsiyyəti hələki dəqiqləşməyən Zaqatala şəhər sakininin idarə etdiyi “VAZ 21074” markalı 62 BD 773 dövlət nömrə nişanlı minik avtomobili və Zaqatala rayonu Aşağı Tala kənd sakini Elvin Cəbrayıl oğlu Həsənzadənin idarə etdiyi “Priora” markalı 99 FP 072 dövlət nömrə nişanlı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində “VAZ 2106” markalı avtomobilin sürücüsü Hüseyn Kərimov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda ölüb. “Priora”nın sürücüsü Elvin Həsənzadə qəza nəticəsində aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Zaqatala RMX-nın reanimasiya şöbəsinə, “VAZ 21074” markalı avtomobilin sürücüsü və sərnişini Zaqatala şəhər sakinləri 1990-cı il təvəllüdlü Şükür Məhəmməd oğlu Səmədov və 1987-ci il təvəllüdlü Fərid Fazil oğlu Ramazanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə travmatologiya şöbəsinə yerləşdiriliblər.

**** 

Zaqatalada zəncirvari yol qəzası baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 20:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunda, Zaqatala şəhərinin girəcəyindəki Tala çayı üzərindəki körpüdə  baş verib.

Bir neçə avtomobilin toqquşması nəticəsində, şəxsiyyətləri hələlik məlum olmayan, biri ağır olmaqla 4 nəfər xəsarət alıb. Yaralılar Zaqatala rayon mərkəzi xəstəxanasına aparılıblar. Xəstəxanaya aparılarkən yaralılardan biri yolda keçinib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

АПА

Paylaş:
3366

Son xəbərlər

ARDNF ötən ay satılan ABŞ dollarının məbləğini açıqladı02 / 07 / 2024, 17:50ADY sərnişin daşınmasını 20% artırıb02 / 07 / 2024, 17:40Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib02 / 07 / 2024, 17:33Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib02 / 07 / 2024, 17:27Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkət zolağı təşkil edilib02 / 07 / 2024, 17:15Azercell yeni Smartfon kampaniyasını təqdim edir!02 / 07 / 2024, 17:04ABB AKA Bankla müqavilə imzaladı02 / 07 / 2024, 17:02Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub02 / 07 / 2024, 16:58Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunub02 / 07 / 2024, 16:52Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRH02 / 07 / 2024, 16:43Bəzi bölgələrdə yağış yağıb, şimşək şaxıb - FAKTİKİ HAVA02 / 07 / 2024, 16:36Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyib02 / 07 / 2024, 16:00BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb02 / 07 / 2024, 15:52Azərbaycanla Tacikistan arasında imzalanmış üç saziş təsdiq edilib02 / 07 / 2024, 15:48“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər! - FOTO02 / 07 / 2024, 15:24Azərbaycanın müdafiə naziri Belarusa səfər edib02 / 07 / 2024, 15:18Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTO02 / 07 / 2024, 15:17Azərbaycanın Tailanddakı səfiri dəyişib02 / 07 / 2024, 14:48ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olundu02 / 07 / 2024, 14:34Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM02 / 07 / 2024, 14:05
Bütün xəbərlər