Azərbaycan Prezidentinin tapşırığına əsasən Tacikistana humanitar yardım göndərilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Prezidentinin tapşırığına əsasən Tacikistana humanitar yardım göndərilib - FOTO

16:11 - 27 / 12 / 2015
Azərbaycan Prezidentinin tapşırığına əsasən Tacikistana humanitar yardım göndərilib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) dekabrın 27-də Azərbaycan hökuməti adından Tacikistan Respublikasının Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan, 11 yük maşınından ibarət və ümumi dəyəri 800 min manat olan humanitar yardıma 9.5 ton qənd, 9.5 ton şəkər tozu, 15 ton düyü, 3 ton çay, 16 tondan artıq bitki yağı, 19 ton un, 19 ton makaron, 18 tondan artıq vermişel, 2000 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəsti), 50 ədəd generator, 110 ədəd çadır, 6000 kvadratmetr dam örtüyü (dəmir şifer) və 30 kubmetr taxta daxildir.

Humanitar yardımın yola salınması mərasimində fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə və Tacikistanın ölkəmizdəki səfirliyinin 1-ci katibi Salimi Xatloni iştirak ediblər.

Paylaş:
693

Son xəbərlər

Bütün xəbərlər