Bakıda çoxmənzilli binada yanğın olub, 30 sakin təxliyə edilib

Bakıda yanğın hadisəsi qeydə alınıb.
Yanğın paytaxtın Yasamal rayonunda çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsinin girişində baş verib. Nəticədə elektrik kabeli 15 p.m yanmış və ümumi sahəsi 5 kv.m olan plastik konstruksiyadan ibarət köməkçi otaq qarsalanıb. Yanğın zamanı 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.
APA
710