Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib – FOTO

13:30 - 28 / 12 / 2015
Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib – FOTO

Görkəmli müğənni Azərbaycanın xalq artisti Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

1news.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi, “ASAN Könüllüləri” Təşkilatı və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə xalq artistinin adını daşıyan Dövlət Mahnı Teatrında keçirilən konsert proqramında R.Behbudovun  həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, sənətkarın Azərbaycan incəsənətində tutduğu mövqedən, yaradıcılığın səciyyəvi cəhətlərindən geniş söhbət açılıb.

Daha sonra istedadlı ASAN Könüllüləri öz bacarıqlarını sərgiləyib. Tədbirdə könüllülərin ifasında R.Behbudovun repertuarından sevilən mahnılar səslənib, sənətkarın həyat və yaradıcılığı ilə bağlı çəkilmiş “Bəxtiyar” filmindən və rol aldığı “Arşın mal alan” filmindən hissələr səhnələşdirilib, ustad sənətkarın ifa etdiyi mahnılar üzərində qurulmuş rəqs nömrələri tamaşaçılara təqdim olunub.

Qeyd edək ki tədbirin keçirilməsində əsas məqsəd, gənclər arasında R.Behbudov yaradıcılığının təbliği, istedadlı könüllüləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz, milli-mədəni sərvətimiz və musiqi tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.

1news.az

Paylaş:
1158

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər