ATV kanalında 10Lar verilişi bağlandı – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

ATV kanalında 10Lar verilişi bağlandı – VİDEO

17:17 - 28 / 12 / 2015
ATV kanalında 10Lar verilişi bağlandı – VİDEO

Ötən bazar günü ATV efirində 10Lar verilişinin son buraxılışı olub.

Efirdə olduğu 12 il ərzində 10Lar yalnız ATV telekanalı üçün deyil, eyni zamanda digər yerli telekanallar arasında da şou-biznes xəbərləri verən reytinqli veriliş olub.

İlk olaraq Azərbaycan şou-biznesinin ən parlaq simaları hər həftə bir-birini əvəz etməklə verilişə aparıcılıq edirdilər. Daha sonra isə layihəyə uyğun olaraq verilişi müğənni Elnarə Xəlilova, son zamanlar isə Afaq Gəncəli aparıcılıq edirdi.

Dekabrın 27-də 10Lar proqramı 12 ilə yekun vuraraq final süjetdə tamaşaçılarla vidalaşaraq yenidən efirə yeni komanda və yeni adla qayıdacaqlarını vəd ediblər.

Qeyd edək ki, ATV telekanalında ATV-Magazin verilişi də bağlanmışdı. Yeni ildə ATV-Magazin və 10Lar verilişləri birləşərək Azərbaycan şou-biznesinə həsr olunan yeni veriliş olaraq efirə çıxmaları gözlənilir.

Paylaş:
1414

Son xəbərlər

Bütün xəbərlər