Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

18:17 - 28 / 12 / 2015
Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Bir sıra dövlət və hökumət başçıları, habelə digər nüfuzlu şəxslər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik ediblər.

1news.az-ın Azərbaycan Prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, dövlət başçısına növbəti təbriklər ünvanlanıb:

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Güldən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident, əziz qardaşım,

Regionumuzun və dünyamızın yaşamaqda olduğu siyasi, iqtisadi və insani böhrana baxmayaraq, dost və qardaş Azərbaycanın Zati-alinizin müdrik liderliyi sayəsində sabitliyini və rifahını davam etdirəcəyinə bütün varlığımla inanıram.

Gücünü xalqlarımız arasındakı qədim qardaşlıq tellərindən alan münasibətlərimizin ölkələrimizin güclü əməkdaşlıq və həmrəylik ruhu sayəsində hər ötən gün daha da gücləndiyini məmnunluq hissi ilə müşahidə edirəm.

Gələcək nəsillərin ümumi mənafeyinə xidmət edəcəyinə səmimiyyətlə inandığım əlaqələrimizin qüvvətlənməyə davam etməsi ən böyük arzumdur. Dövlət və siyasət həyatımın hər dövründə olduğu kimi, gələcəkdə də bu istiqamətdəki təşəbbüslərimi davam etdirəcəyimi bir daha təsdiq etmək istəyirəm.

Fürsətdən istifadə edərək, Zati-aliləri əziz qardaşıma yeni yaşında cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqının əmin-amanlıq və rifahının davam etməsi üçün ən gözəl diləklərimi ifadə edirəm.

Monteneqronun Baş naziri Milo Cukanoviçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş diləklərimi çatdırır, möhkəm cansağlığı, ailə səadəti və dost Azərbaycan xalqının və ölkənizin rifahı naminə ali dövləti vəzifənizdə bundan sonra da uğurlar arzulayıram.

Fürsətdən istifadə edərək, bu yaxınlarda Bakı şəhərində Sizinlə səmimi şəraitdə keçirilmiş görüşə və olduqca faydalı müzakirələrə görə minnətdarlığımı və yüksək ehtiramımı çatdırmaq istərdim. Sizi bir daha əmin edirəm ki, müzakirə etdiyimiz və qarşılıqlı maraq kəsb edən bütün məsələlərin gerçəkləşdirilməsi məqsədilə öz tərəfimizdən əlimizdən gələni etməyə hazırıq.

Həmçinin qarşıdan gələn 2016-cı ildə Sizə, ailənizə ən xoş arzularımı çatdırır, ölkənizə davamlı tərəqqi diləyirəm.

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz yüksək peşəkarlığınız, müdrikliyiniz və dövlət əhəmiyyətli qərarlar qəbul edilməsində strateji uzaqgörənliyiniz sayəsində haqlı olaraq Azərbaycan xalqının həqiqi lideri imici qazanmısınız.

Əminəm ki, Rusiya ilə Azərbaycan arasında tarixən yaranmış mehriban qonşuluq münasibətləri, mədəni və iqtisadi əlaqələr çoxtərəfli əməkdaşlığımızın daha da inkişaf etməsini təmin edəcək.

Sizə möhkəm cansağlığı, firavanlıq diləyir, ən xoş arzularımı bildirirəm.

İsveçdəki “Azərbaycan Naminə” Cəmiyyətinin sədri Nadir Hollenbranddan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbən təbrik edirik. Sizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti işlərinizdə müvəffəqiyyət arzulayırıq.

Cənab Prezident, apardığınız uğurlu xarici siyasət həm İsveç dövləti, həm də “Azərbaycan Naminə” Cəmiyyəti tərəfindən dəstəklənir. Bu xoş fürsətdən istifadə edərək Sizə bir daha uğurlar arzulayırıq.

Gürcüstanın Marneuli şəhərində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri Fazil Həsənovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Sizi - dövrümüzün görkəmli siyasi xadimini doğum gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə xoşbəxtliyi və şərəfli vəzifənizdə uğurlar diləyirik.

Cənab Prezident, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq ideyalarının təbliği, milli mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi, milli kimliyin dərki, transmilli layihələrin həyata keçirilməsi kimi tarixi qərarların Sizin - XXI əsrin mahir siyasi xadimi tərəfindən doğma Azərbaycanımızın qüdrəti və parlaq gələcəyi naminə qətiyyətlə reallaşdırılması bütün dünya azərbaycanlıları kimi, Gürcüstan azərbaycanlılarını da qürurlandırır. Bu yaxınlarda Gürcüstana səfəriniz zamanı Marneulidəki “Çay evi” tədris mərkəzində ictimaiyyətin nümayəndələri ilə görüşünüz bizdə dərin təəssürat yaradıb.

Əziz İlham Heydər oğlu, Sizi doğum gününüz münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, milli Vətənimizin dünya birliyi ölkələri arasında sanballı söz sahibinə çevrilməsi, canımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və parlaq gələcəyi, xalqımızın firavan həyatı naminə səylərinizdə uca Tanrıdan Sizə yar olmasını diləyir, bu xoş fürsətdən istifadə edərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ən xoş arzularımızı bildirməkdən məmnunluq duyuruq.

Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzinin sədri Zərifə Əlizadədən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,

Sizi doğum gününüz münasibətilə Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzinin kollektivi adından və öz adımdan səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırıram.

Azərbaycan xalqının və harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların xoş gələcəyi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişafına yönəlmiş yüksək qayğınız və bu istiqamətdə apardığınız müdrik siyasət hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyət kəsb edir.

Ölkəmizlə bağlı tarixi həqiqətlərin və müstəqillik dövrünün uğurlarının beynəlxalq aləmdə, o cümlədən Balkanlarda təbliğ olunması naminə Mərkəzimizin apardığı fəaliyyət Sizin qətiyyətli xarici siyasət kursunuzdan ilham alır.

Möhtərəm cənab Prezident, bu gözəl gün münasibətilə Sizi bir daha təbrik edir, uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın çiçəklənməsi naminə apardığınız məsuliyyətli, çətin və şərəfli fəaliyyətinizdə uğurlar diləyirik.

Ümumrusiya Azərbaycanlılar Konqresi Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,

Ümumrusiya Azərbaycanlılar Konqresinin Ulyanovsk regional bölməsinin bütün üzvləri adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası Sizin yüksək diqqətiniz, qayğınız və müdrik rəhbərliyiniz sayəsində çiçəklənir, inkişaf edir, sosial, iqtisadi və mədəni istiqamətlərdə yeni uğurlar qazanır. Siz Azərbaycanın gələcəyi naminə mühüm dövlət islahatları həyata keçirməyə nail olursunuz.

Biz Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Azərbaycan Respublikası ilə Ulyanovsk vilayəti arasında dostluq münasibətlərinin və işgüzar tərəfdaşlığın inkişafına göstərdiyiniz diqqət və dəstəyə görə Sizə sonsuz minnətdarlığımızı bildirmək istərdik.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, nəzərdə tutulan məqsədlərə nail olmaqda yeni uğurlar, xoşbəxtlik və firavanlıq arzulayırıq.

Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərindəki Heydər Əliyev adına “Azəri” Azərbaycan Milli-Mədəni Cəmiyyətinin Şura üzvləri adından Natiq İsmayılov

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezıdent,

Doğum gününüz münasibətilə səmimi təbriklərimizi qəbul edin.

Siz ölkəmiz üçün çox iş görmüsünüz. Sizin sayənizdə beynəlxalq əlaqələr genişlənib, çoxsaylı milli layihələr, mühüm siyasi qərarlar həyata keçirilib. Bir sıra dövlət qurumlarında əhəmiyyətli dəyişikliklər baş verir, korrupsiyaya və cinayətkarlığın artmasına qarşı hər yerdə mübarizə aparılır. Əminik ki, Siz bütün niyyətlərinizi həyata keçirəcəksiniz.

Heydər Əliyev adına “Azəri” Azərbaycan Milli-Mədəni Cəmiyyətinin üzvləri Sizə möhkəm cansağlığı, xoş ovqat, suveren Azərbaycanın firavanlığı naminə xoşbəxtlik və yeni zəfərlər arzulayırlar.

1news.az

Paylaş:
794

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi19 / 05 / 2024, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİB19 / 05 / 2024, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir19 / 05 / 2024, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTO19 / 05 / 2024, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər