Bayram günlərində rabitə müəssisələri fasiləsiz işləyəcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibətilə əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təmin edilməsinə dair rabitə müəssisələri, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar vermişdir.
1news.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bayram günlərində məsul növbətçilər təşkil edilməklə, bütün telekommunikasiya xidmətlərinin fasiləsiz işinin təmin edilməsi, eyni zamanda abunəçilərin rahatlığı üçün bir sıra əlavə tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur.
660