Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Meksikada qeyd olunub | 1news.az | Xəbərlər
Siyasət

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Meksikada qeyd olunub

10:23 - 29 / 12 / 2015
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Meksikada qeyd olunub

Azərbaycanın Meksikadakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

Səfirlikdən 1news.az-a verilən məlumata görə, tədbirdə Meksikada yaşayan azərbaycanlı icmasının nümayəndələri – tanınmış elm və mədəniyyət xadimləri də daxil olmaqla cəmiyyətin müxtəlif təbəqələrindən olan həmvətənlilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir İlqar Muxtarov iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni il münasibətilə təbrik edərək, ənənəvi olaraq hər il keçirilən bu tədbirin həmrəylik və milli birliyimizin bir nümayişi olduğunu diqqətə çatdırıb, həmvətənlilərimizi Azərbaycanın təbliği və dövlət maraqlarının təmin edilməsi istiqamətində əməkdaşlığımızı gücləndirməyə çağırıb.

Sonra tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciəti oxunub.

Tədbirdə Azərbaycanın milli mətbəxt nümunələrindən ibarət ziyafət verilib, xalq musiqiləri səsləndirilib.

Bununla yanaşı səfirlik tərəfindən ispan dilində hazırlanmış və Meksikada dərc edilmiş “Xocalıda Soyqırım” jurnalı, “Azərbaycan mətbəxi” kitabı, həmçinin tərəfimizdən ispan dilinə tərcümə edilərək Meksikada dərc edilmiş “İrəvan xanlığı”, “Sumqayıt 1988: Cinayət və Cəza” kitabları, ispandilli “İRS” jurnalının buraxılışları tədbir iştirakçılarına paylanılıb.

1news.az

Paylaş:
692

Son xəbərlər

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06
Bütün xəbərlər