Şəmkir su anbarı - türk mühəndislərin möhtəşəm layihəsi | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkir su anbarı - türk mühəndislərin möhtəşəm layihəsi

11:34 - 29 / 12 / 2015
Şəmkir su anbarı - türk mühəndislərin möhtəşəm layihəsi

Türkiyə KİV-ləri Azərbaycanda Şəmkir su anbarının tikintisini həyata keçirən Cengiz İnşaat şirkətinin fəaliyyətini yüksək qiymətləndirib.

1news.az Sabah qəzetinə istinadən xəbər verir ki, bu layihə türkiyəli mühəndislərin başladığı ən böyük layihələrdən biridir.

Nəşrdə qeyd olunur ki, layihənin maliyyə xərcləri 948 milyon dollar olub, inşaat işləri 7/24 rejimində həyata keçirilib.

Layihənin gercəkləşməsində 1000-ə yaxın insan iştirak edib. Nəşrin qeyd etdiyinə görə,layihənin təməli 2009-cu ildə qoyulan Şəmkir su anbarda bəndin hündürlüyü 196 metr təşkil edir.

Su anbarı Gəncə və Şəmkir şəhərlərini icməli su ilə təmin etməklə yanaşı, həm də ölkənin məhsuldar torpaqlarının suvarılması üçün istifadə olunacaq. Azərbaycandakı hidroelektrik stansiyalarından əldə olunan enerjinin 2.5 faizini Şəmkir su anbarı qarşılayacaq.

Nəşrdə bildirilir ki, Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev də Şəmkir su anbarının açılışında iştirak edərək qısa müddət ərzində əldə olunan yüksək nəticələrə görə  Cengiz Holding-in rəhbəri Mehmet Cengizə təşəkkür edib.

Paylaş:
4382

Son xəbərlər

Bütün xəbərlər