Təhsil Nazirliyi: Ali təhsil müəssisələrində ödəniş haqlarının artırılması gözlənilmir | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyi: Ali təhsil müəssisələrində ödəniş haqlarının artırılması gözlənilmir

13:02 - 29 / 12 / 2015
Təhsil Nazirliyi: Ali təhsil müəssisələrində ödəniş haqlarının artırılması gözlənilmir

Ali təhsil müəssisələrində ödəniş haqlarının artırılması Təhsil Nazirliyinin gündəliyində duran məsələ deyil.

 1news.az-ın məlumatına görə, bunu Təhsil nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, manatın devalvasiyası ali təhsil haqlarına təsir etməyəcək:

“Əvvəlki illərdə ali məktəblərə daxil olub ödənişli təhsil alan tələbələrin təhsil haqları əvvəlki qaydada saxlanılacaq. Ödəniş haqlarında dəyişiklik edilməsi ilə bağlı ali təhsil ocaqlarının müraciətlərinə isə gələn ilin mart ayında baxılacaq”.

Y.Piriyev yanvar ayından attestasiyadan keçən və regionlarda çalışan müəllimlərin əmək haqqının artırılacağını da diqqətə çatdırıb.

1news.az

Paylaş:
1198

Son xəbərlər

Bütün xəbərlər