Xaçmazda ağır qəza: ölən və yaralananlar var
![Xaçmazda ağır qəza: ölən və yaralananlar var](/images/articles/2015/12/30/thumb_20151230011804878.jpg?2021-02-17+09%3A23%3A32)
Xaçmaz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 22:00 radələrində rayonun Sabiroba kəndində qeydə alınıb.
Belə ki, rayon sakini Süleyman Nəcəfovun idarə etdiyi “VAZ-21074” və Rusiya vətəndaşı Yusub Kamilovun idarə etdiyi “Volvo” markalı avtomobillər toqquşub.
Nəticədə S.Nəcəfovun sərnişinlərindən həmkəndlisi Orxan Muradov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
1news.az
644