Azərbaycanda bayram gününə olan hava proqnozu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilin son günü – 31 dekabr tarixinə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə və gündüz 2-5 dərəcə isti, axşama doğru 0 dərəcəyə yaxın, Bakıda gecə və gündüz 3-5 dərəcə isti, axşama doğru 0 dərəcəyə yaxın olacağı gözlənilir.
Atmosfer təzyiqi 754 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 31-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 14 dərəcəyədək şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
1news.az