Rusiyanın RLDP fraksiyasının rəhbəri Prezident İlham Əliyevi təbrik etdi | 1news.az | Xəbərlər
Rəsmi

Rusiyanın RLDP fraksiyasının rəhbəri Prezident İlham Əliyevi təbrik etdi

15:51 - 30 / 12 / 2015
Rusiyanın RLDP fraksiyasının rəhbəri Prezident İlham Əliyevi təbrik etdi

Rusiya Federasiyasının Dövlət Dumasında RLDP fraksiyasının rəhbəri Vladimir Jirinovski Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Bu haqda 1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Dövlət Dumasında RLDP fraksiyasının deputatları adından və şəxsən öz adımdan təbrik edirəm.

Sizin müdrikliyiniz, peşəkarlığınız, doğma ölkənizə və xalqınıza sədaqətiniz nəzərdə tutulan kurs üzrə düzgün irəliləməyinizə və mühüm dövlət proqramlarının səmərəli şəkildə həyata keçirilməsini davam etdirməyinizə kömək edir. Prezident vəzifəsində Sizin qazandığınız zəfərlər həqiqətən ölçüyəgəlməzdir və artıq ölkənizin ən yeni tarixinə yazılıb.

Sizə uzun ömür, möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar arzulayıram”.

1news.az

Paylaş:
612

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər