Jerar Depardye Stalin rolunu ifa edəcək | 1news.az | Xəbərlər
Mədəniyyət

Jerar Depardye Stalin rolunu ifa edəcək

16:46 - 30 / 12 / 2015
Jerar Depardye Stalin rolunu ifa edəcək

Tanınmış fransız aktyoru Jerar Depardye həmyerlisi və həmkarı – məşhur fransız aktrisası Fanni Ardanın çəkdiyi filmdə İosif Stalin rolunu ifa edəcək.

1news.az BBC –yə istinadən xəbər verir ki, söhbət Jan-Daniel Baltassın 2013-cü ildə işıq üzü görən “Stalinin Divanı” psixoloji romanı əsasında çəkiləcək filmdən gedir.

 Romanda 1950-ci illərdə, Stalinin vəfatından üç il əvvəl SSRİ-də cərəyan edən hadisələrdən bəhs olunur.

Hələ ki, film üzərində işlərin nə vaxt başlayacağı barədə məlumat verilmir.

Paylaş:
985

Son xəbərlər

Bütün xəbərlər