Fövqəladə Hallar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Fövqəladə Hallar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

11:51 - 30 / 12 / 2015
Fövqəladə Hallar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Fövqəladə Hallar Nazirliyi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində və bayram günlərində günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

1news.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, nazirlik mümkün hər hansı fövqəladə hadisənin qarşısının daha operativ alınması və nəticələrinin daha çevik aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təşkil edilməsi məqsədilə gücləndirilmiş iş rejiminə keçib.

“Bununla bağlı nazirliyin müvafiq struktur bölmələrində əmrlər imzalanıb, şəxsi heyət təlimatlandırılıb”- deyə, nazirlikdən bildiriblər.

1news.az

Paylaş:
722

Son xəbərlər

Bütün xəbərlər