Xaçmazda yaşayış evində yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda yaşayış evində yanğın olub

17:34 - 01 / 01 / 2016
Xaçmazda yaşayış evində yanğın olub

Bu gün Xaçmaz rayonunda yaşayış evi yanıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çarxı kəndində qeydə alınıb.

Kənd sakini 1952-ci il təvəllüdlü Mahmudov Gizir İbrahim oğluna məxsus, ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli, 3 otaq, bir aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 70 kv/m sahədə, bir otağın 18 kv/m-i isə ev əşyaları ilə birlikdə yanıb.

Yanğının söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsindən 2, Xudat Yanğından Mühafizə Bölməsindən 1 maşın cəlb olunub.

Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

Paylaş:
759

Son xəbərlər

Bütün xəbərlər