Balakəndə zavodda baş verən partlayışda ölən və yaralananların adları açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Balakəndə zavodda baş verən partlayışda ölən və yaralananların adları açıqlanıb

17:37 - 04 / 01 / 2016
Balakəndə zavodda baş verən partlayışda ölən və yaralananların adları açıqlanıb

Balakəndə zavodda baş vermiş partlayış zamanı ölən və yaralanan şəxslərin adları açıqlanıb.

1news.az-ın məlumatına görə, “Azəryem Sənaye” MMC-yə məxsus zavodun qazanxanasında baş verən partlayış nəticəsində dünyasını dəyişən şəxs orada işləyən, Qullar kənd sakini, 1990-cı il təvəllüdlü Elçin Əliməmməd oğlu Əliyevdir.

Digər işçilər - Qullar kənd sakini, 1990-cı il təvəllüdlü Novruz Məhəmməd oğlu Nastakalov və Qazma kənd sakini, 1982-ci il təvəllüdlü Anar Süleyman oğlu Bozurov isə xəsarət alıblar. Onlar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

1news.az

 

 

Paylaş:
707

Son xəbərlər

Bütün xəbərlər