Azərbaycanda reklam olunan dərman vasitəsindən siçan nəcisi çıxıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda reklam olunan dərman vasitəsindən siçan nəcisi çıxıb

12:15 - 05 / 01 / 2016
Azərbaycanda reklam olunan dərman vasitəsindən siçan nəcisi çıxıb

Ağstafa rayonu, Səməd Vurğun 98, ev 33-də yaşayan Musayevlər ailəsinin aldığı dərman preparatından siçan nəcisi çıxıb.

1news.az xəbər verir ki,  bu barədə “Report”a ailə başçısı, 68 yaşlı Qasım Musayev bildirib.

Onun sözlərinə görə, Türkiyə telekanallarından birində reklamını gördüyü dərmanı həyat yoldaşı üçün sifariş verib:

“Həyat yoldaşım 58 yaşlı Gülcan Əyyubova şəkərli diabet xəstəsidir. Türkiyə telekanalında bitkilər qarışığından ibarət “Sinir otu” dərmanı reklam olunurdu və bu dərmanın şəkərli diabet xəstələri üçün olduğu bildirilirdi. Mən o pereparatı əldə etmək üçün həmin şirkətin Azərbaycandakı şöbəsi ilə əlaqə saxladım və dərmanı almaq üçün 39 manat ödədim. Müəyyən vaxtdan sonra həmin dərman bizim ünvana gəldi. Həyat yoldaşım Gülcan Əyyubova həmin dərmanı qəbul etmək istəyəndə dərmanın içində yad cisim görüb. Sonradan məlum oldu ki, həmin yad cisim siçan nəcisidir”.

Zərərçəkən Q.Musayev deyib ki, baş verən hadisə ilə bağlı həmin dərman şirkətinə müraciət etsə də onun müraciəti şirkət tərəfindən ciddi qəbul olunmayıb:

“Həyat yoldaşım dərmanı qəbul edəndən sonra halı pisləşdi, şəkəri normallaşmaq əvəzinə daha da yüksək həddə çatdı və halı ağırlaşdı. Mən dərmanı aldığım şirkətlə yenidən əlaqə saxlayıb vəziyyəti izah etsəm də mənim müraciətimi ciddi qəbul etmədilər”.

1news.az

 

Paylaş:
894

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər