Bakıda öldürülən sahibkar qadının evindən külli miqdarda pul və zinət əşyaları aparılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda öldürülən sahibkar qadının evindən külli miqdarda pul və zinət əşyaları aparılıb

14:23 - 06 / 01 / 2016
Bakıda öldürülən sahibkar qadının evindən külli miqdarda pul və zinət əşyaları aparılıb

Daxili İşlər Nazirliyi yanvarın 5-də Nəsimi rayonunun Feyzulla Qasımzadə küçəsi 17 ünvanında sahibkar qadının amansızlıqla qətlə yetirilməsi ilə bağlı yeni məlumat yayıb.

1news.az-ın məlumatına görə, qətlə yetirilən Məryəm Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30.000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlanmasını bildirib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Məryəm Namidzadənin xüsusi amansızlıqla öldürülmüş meyiti yaşadığı evdə aşkar edilib.  

İlkin araşdırma zamanı 43 bıçaq zərbəsi ilə qətlə yetirilən mərhumun 1960-cı il təvəllüdlü Məryəm Namədzadə olduğu müəyyənləşib.

Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Onu da bildirək ki, M.Namədzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.

1news.az

 

 

Paylaş:
714

Son xəbərlər

Bütün xəbərlər