KİV: Türkiyə Azərbaycanla viza rejimini bərpa edir | 1news.az | Xəbərlər
Dünya

KİV: Türkiyə Azərbaycanla viza rejimini bərpa edir

16:37 - 07 / 01 / 2016
KİV: Türkiyə Azərbaycanla viza rejimini bərpa edir

Cari ilin iyun ayından başlayaraq Türkiyə Azərbaycan da daxil olmaqla 89 ölkəyə viza rejimini tətbiq edəcək.

1news.az Haberizmir nəşrinə istinadla xəbər verir ki, bu haqda Türkiyə ilə Avropa Birliyi (AB) arasında viza rejimi və readmissiya qaydalarının sadələşdirilməsilə bağlı imzalanan razılaşmada bildirilir.

Viza rejiminin bərpası Azərbaycan, Rusiya, Özbəkistan, Ukrayna və Gürcüstanla olacaq.

Mənbənin məlumatına görə, verilmiş qərar Türkiyənin turizm sektorunda narahatlığa səbəb olub.

Hotel və İnvestorlar Asossiasiyasının rəhbəri (TUROB) Timur Bayındır bəyan edib ki, Türkiyə vətəndaşları üçün AB-yə səyahət vacib addımdır. Lakin bununla Türkiyəyə turist axını azalacaq.

“Ümid edirik ki, Xarici İşlər və Mədəniyyət və Turizm nazirlikləri lazımi addımlar atacaq və turizm axını səviyyəsinin aşağı düşməsinə imkan verməyəcəklər”, - Bayındır deyib.

1news.az

Paylaş:
1735

Son xəbərlər

Bütün xəbərlər