Ötən il 501 çoxmərtəbəli binaya təbii qaz verilib
“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
1news.az-ın məlumatına görə, görülmüş işlərin nəticəsidir ki, Birlik 2015-ci ilin dekabr ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 69 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.
Qeyd edək ki, həmin binalarda ümumilikdə 3235 ailə yaşayır. Ümumiyyətlə, ötən il ərzində təbii qazla təchiz edilmiş hündürmərtəbəli binaların sayı 501 olub ki, həmin binalarda da 11327 mənzil var.
“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır”- deyə, qurumdan bildiriblər.
1news.az