“Azərsu” iki rayonda su təchizatını dayandırmayacaq
Bakı şəhəri Heydər Əliyev prospektindən keçən magistral su xətlərinin yerinin dəyişdirilməsi işləri texniki məsələlərlə bağlı təxirə salınıb.
“Azərsu” ASC-dən 1news.az-a verilən məlumata görə, bununla əlaqədar bu gün Sabunçu və Nərimanov rayonlarının Böyükşor gölü ətrafı, eləcə də Nizami rayonunun Mikayıl Əliyev və Çobanzadə küçələri boyu ərazilərinin içməli su təchizatı dayandırılmayacaq.
1news.az
541