Türk əsgərlər İraqda 17 İŞİD üzvünü məhv etdi
Türk hərbçiləri İraqdakı Başik hərbi bazasında təlim zamanı İŞİD terror təşkilatının hücumlarına cavab verib.
1news.az Hurriyet qəzetinə istinadən bildirir ki, əməliyyat zamanı 17 terrorçu zərərsizləşdirilib.
Qeyd olunur ki, Mosul şəhərinin 32 kilometr şimalında baş verən döyüş zamanı Türkiyə tərəfindən itiki olmayıb. İraq hökümətinin bildirdiyinə görə dekabrın 4 də türk hərbiçilər İraqın Naynava bölgəsinə daxil olub. Bu hadisə Ankara və Bağdad arasındakı münasiblərin böhran həddinə çatmasına gətirib çıxardı.
İraqın XİN və Müdafiə Nazirliyi hərbiçilərin əraziyə daxil olmasını “ Rəhbərliklə razılaşdırılmamış düşmən fəaliyət və surenliyin pozulması adlandırıb.
802