Prezident İlham Əliyev İmişli rayonunda avtomobil yolunun tikintisinə 1,1 milyon manat ayırıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev İmişli rayonunda avtomobil yolunun tikintisinə 1,1 milyon manat ayırıb

18:36 - 08 / 01 / 2016
Prezident İlham Əliyev İmişli rayonunda avtomobil yolunun tikintisinə 1,1 milyon manat ayırıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayonunun Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb.

1news.az-ın Azərbaycan Prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:

1. On beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İmişli Rayon İcra Hakimiyyətinə 1,1 milyon (bir milyon bir yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.

President.az

Paylaş:
1053

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər