Məşhur türk sənətçisi Bülent Ersoy “donuz qripi”nə yoluxub | 1news.az | Xəbərlər
Mədəniyyət

Məşhur türk sənətçisi Bülent Ersoy “donuz qripi”nə yoluxub

20:39 - 08 / 01 / 2016
Məşhur türk sənətçisi Bülent Ersoy “donuz qripi”nə yoluxub

Türkiyənin məşhur sənətçisi Bülent Ersoy “donuz qripi”nə yoluxub.

Bu barədə məlumatı sənətçinin İstanbulda müalicə olunduğu xəstəxananın baş həkimi Bülənt Şahin açıqlayıb: “Müayinələr "donuz qripi"nin əlamətlərini göstərir. Türkiyədə bu xəstəlik artıq yayılıb. Bir neçə saat sonra tam dəqiqliyi ilə fikir bildirmək olar”.

Baş həkim bildirib ki, sənətçi xəstəxanaya gətiriləndə vəziyyəti ağır olub.

"Onun vəziyyəti ağır olsa da, həyati təhlükəsi yoxdur", - deyə həkim bildirib.

Baş həkim onu da qeyd edib ki, B. Ərsoydan sonra anası və sürücüsü də eyni əlamətlərlə xəstəxanaya müraciət edib. Sürücünün vəziyyəti qənaətbəxş olsa da, sənətçinin anasının durumunun ağır olduğu bildirilir.

APA

Paylaş:
1423

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər