Yaponiya KXDR-ə qarşı sanksiyalar tətbiq edəcək | 1news.az | Xəbərlər
Dünya

Yaponiya KXDR-ə qarşı sanksiyalar tətbiq edəcək

09:20 - 08 / 01 / 2016
Yaponiya KXDR-ə qarşı sanksiyalar tətbiq edəcək

Yaponiyanın Baş naziri Şinzo Abe BMT Təhlükəsizlik Şurasında müzakirələr zamanı Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı sanksiyaların gücləndirilməsi təklifi ilə çıxış edəcəyini bildirib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, yanvarın 7-də parlamentin yuxarı palatasında çıxış edən Ş.Abe KXDR-i hidrogen bombası sınağının keçirilməsi barədə bəyanatına görə kəskin tənqid edib. Baş nazir bu sınağı Yaponiyanın təhlükəsizliyinə qarşı ciddi təhdid kimi dəyərləndirib. O, Pxenyanın bu hərəkətini BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və nüvə silahının yayılmaması barədə beynəlxalq normaların pozulması kimi şərh edib.

Ş.Abe bəyan edib ki, həmin gün o, ABŞ Prezidenti Barak Obama ilə telefon danışığı zamanı KXDR-in təhdidlərinə qarşı beynəlxalq ictimaiyyətin cavab addımlarına başçılıq etmək barədə razılığa gəlib.

Baş nazir, həmçinin qeyd edib ki, Yaponiya ABŞ, Koreya Respublikası, Çin və Rusiya ilə birlikdə bu problemin həlli üçün qüvvələrin birləşdirilməsinə çalışacaq.

1news.az

Paylaş:
643

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45
Bütün xəbərlər