Cənubi Koreya sahillərində sərnişin gəmisi balina ilə toqquşub | 1news.az | Xəbərlər
Dünya

Cənubi Koreya sahillərində sərnişin gəmisi balina ilə toqquşub

10:20 - 08 / 01 / 2016
Cənubi Koreya sahillərində sərnişin gəmisi balina ilə toqquşub

Yaponiyaya məxsus sürətli sərnişin gəmisinin Cənubu Kareya sahillərində dəniz obyekti, ehtimala görə, balina ilə toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

1news.az xəbər verir ki, bu haqda Yaponiya və Cənubi Koreya KİV-lərində məlumat verilib.

Məlumata görə Cənubi Koreyanın Pusan hava limanından Fukuokuya yola düşən “Beetle” sərnişin gəmisi saatda 55 kilometr sürətlə hərəkət etdiyi zaman yaxınlıqda üzən balına  ilə toqquşub.  

“Kiodo” agentliyinin yaydığı xəbər görə gəmidə 180 sərnişin var idi.

Mənbələrin verdiyi məlumatda qeyd olunur ki, toqquşma zamanı 4 sərnişin xəsarət alıb. Gəmi ciddi zədə almasa da, sürət gəmisi yenidən Pusan dəniz limanına geri qayıdıb və zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

1news.az

Paylaş:
705

Son xəbərlər

Bütün xəbərlər