ABŞ-da yerin altından sızan metan qazı minlərlə sakinin təxliyyə edilməsinə səbəb olub | 1news.az | Xəbərlər
Dünya

ABŞ-da yerin altından sızan metan qazı minlərlə sakinin təxliyyə edilməsinə səbəb olub

12:08 - 08 / 01 / 2016
ABŞ-da yerin altından sızan metan qazı minlərlə sakinin təxliyyə edilməsinə səbəb olub

ABŞ-ın Kaliforniya ştatındayerin altındakı borulardan sızan metan qazıilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

1news.az-ın euronews.com-a istinadla verdiyi xəbər görə, artıq bir neçə aydır ki, Los-Anceles ətrafında tüstü püskürür. Bölgə sakinlərinin şikayətlərindən sonra mütəxəssislərin apardığı araşdırmalar nəticəsində ərazidə metan qazının havaya qarışdığı məlum olub.

Metan qazının havaya qarışası ilə əlaqədar sakinlərdə baş ağrıları, nəfəs yollarında qıcıqlanma və ürəkbulanma kimi narahatlıqlar yaranıb.

Hadisə ilə əlaqədar minlərlə ailə qəsəbədən təxliyyə olunmaqla bağlı müraciət edib.

1news.az

Paylaş:
722

Son xəbərlər

Bütün xəbərlər