Bakı metrosunda qatarda tüstülənmə baş verib
Bakı Metropoliteninin “28 May” stansiyası istiqamətində hərəkət edən qatarda tüstülənmə baş verib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Trend-ə bildirib ki, qatar qrafikə uyğun olaraq depoya getməliymiş. "Cəfər Cabbarlı" stansiyadan “28 May” stansiyası istiqamətində gedən qatarın maşinist kabinəsində naqildə tüstülənmə olub.
Hadisə saat 21:25 baş verib, tam nəzarətə götürülüb, yanğın hadisəsi baş vermiyib. Sərnişinlərin hamısı qatardan düşürülüb və qatar depoya gedib.
711