Kataloniya prezidenti Artur Mas istefaya gedir
İspaniyanın Kataloniya muxtar vilayətinin prezidenti Artur Mas istefa verməyə hazırlaşır.
Sentyabrda keçirilmiş seçkilərdən sonra regionun müstəqilliyini dəstəkləyən partiyalar arasında fikir ayrılığı səbəbindən Kataloniya hökumətini formalaşdırmaq mümkün olmayıb.
Parlament koalisiyası arıq yeni liderin namizədliyi ilə bağlı razılığa gəlib. O, Jironanın meri Karlos Puçdemontdur. Onun namizədliyi rəsmən yanvarın 11-də təsdiqlənməlidir. Əks təqdirdə avtomatik şəkildə növbədənkənar regional seçkilər təyin olunacaq.
Xatırladaq ki, Artur Masın lideri olduğu “Birlikdə hə” partiyası sentyabr seçkilərində qalib gəlsə də, parlament çoxluğuna nail ola bilməyib. Seçkiqabağı əsas vəd vilayətin müstəqillik əldə etməsi idi. İfrat solçular Artur Masın separatist ideyalarını dəstəkləsələr də, siyasi və iqtisadi məsələlərdə onların baxışları üst-üstə düşmür.