Dilçilik İnstitutu idxal olunan malların etiketlərində zəruri məlumatların olmasını monitorinq edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Dilçilik İnstitutu idxal olunan malların etiketlərində zəruri məlumatların olmasını monitorinq edəcək

13:22 - 11 / 01 / 2016
Dilçilik İnstitutu idxal olunan malların etiketlərində zəruri məlumatların olmasını monitorinq edəcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu bu ilin yanvar-mart aylarında yeni monitorinqə start verdi.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycana idxal olunan malların etiketlərində və adlarında istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların olması ilə bağlı monitorinq aparacaq.

Bu barədə AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Nəzakət Qazıyeva məlumat verib. O bildirib ki, hazırda ölkəyə idxal olunan qeydiyyatdan keçmiş malların siyahısı dəqiqləşdirilir. N. Qazıyeva əlavə edib ki, bu sahədə xeyli problem mövcuddur: “Hazırda iş gedir. Çox güman ki, mart ayında əlimizdə konkret faktlar olacaq”.

Qeyd edək ki, Azərbaycana idxal olunan malların etiketlərində və adlarında istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların olması ilə bağlı monitorinqin aparılması “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramında nəzərdə tutulub. Proqrama əsasən, monitorinq İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Gömrük Komitəsi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə aparılacaq.

Paylaş:
548

Son xəbərlər

Bütün xəbərlər