İlham Əliyev Bakıda iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Bakıda iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib

15:14 - 11 / 01 / 2016
İlham Əliyev Bakıda iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib

Prezident İlham Əliyev Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib, yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoyub.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qurumun yaranması və fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verib.

“ATEF Şirkətlər Qrupu”nun rəhbəri Talıb Əlixanbəyov şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Qaraçuxur qəsəbəsində transformatorlar və elektrotexniki avadanlıqlar istehsal edən zavod, Hövsan qəsəbəsində isə metal konstruksiya zavodu barədə məlumat verib. Bildirilib ki, bunlardan başqa, şirkətin layihə-konstruktor bürosu, 3 tikinti-quraşdırma, həmçinin nəqliyyat və mexanikləşdirmə idarələri var. Şirkətin transformatorlar zavodu 2005-ci, metal konstruksiya zavodu isə 2011-ci ildən fəaliyyət göstərir.

Prezident İlham Əliyevə şirkətin Azərbaycanda və xaricdə gördüyü işlər, ixrac imkanları və perspektivləri barədə məlumat verilib. “ATEF Şirkətlər Qrupu” ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncamla özəlləşdirilən Bakı mayesiz transformatorlar zavodunun bazasında yaradılıb. Ümummilli lider Heydər Əliyev 1982-ci və 1986-cı illərdə bu istehsal müəssisəsində olub, kollektivlə görüşüb. Hazırda şirkət tərəfindən Bakı-Tbilisi-Qars, Bakı-Böyük Kəsik dəmir yol xəttinin, eyni zamanda, Sabirabad, Qazax, Beyləqan rayonlarında məcburi köçkünlər üçün salınan qəsəbələrin elektrik təchizatını nəzərdə tutan yarımstansiyaların quraşdırılması üzrə işlərin icrası davam etdirilir.

İri qabaritli transformatorlar zavodunun sınaq laboratoriyası müasir səviyyədədir. Buradakı qurğular 2,4 milyon voltadək yüksələ bilən impuls gərginliyi və 700 min voltadək dəyişən cərəyan verə bilir. Bu isə istehsal edilən transformatorların izolyasiyasını yoxlamağa imkan verir. Zavodda azərbaycanlı mütəxəssislər beynəlxalq təcrübəyə əsaslanan intellektual biliklərdən istifadə edirlər.

Prezident İlham Əliyev iri qabaritli transformatorlar zavodunu işə salıb.

Məlumat verilib ki, ümumi sahəsi 15,6 hektar, istehsal sahəsi isə 14 min kvadratmetr olan zavod 3 korpus və 5 istehsal sahəsindən ibarətdir. Müəssisədə iri qabaritli güc transformatorları və reaktorların istehsalı nəzərdə tutulur. Burada həm də müxtəlif növ elektrotexniki avadanlıqlar, açıq və qapalı tipli yarımstansiyalar istehsal ediləcək. Cənubi Qafqazda analoqu olmayan, dünyanın aparıcı şirkətlərinin istehsal etdiyi avadanlıqla təchiz edilmiş zavodda yüksək keyfiyyətli məhsul hazırlamaq üçün bütün şərait var. Burada 300 nəfər işlə təmin edilib.

Qeyd edilib ki, ərazisi 130 min kvadratmetr, istehsal gücü illik 8700 ədəd transformator, müxtəlif növ elektrotexniki avadanlıqlar və 20 min ton metal konstruksiya olan bu şirkətin digər zavodlarının maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilib. Bütövlükdə isə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən son illər ümumi dəyəri 981 milyon manat olan 130-dan çox müasir sənaye layihəsinin maliyyələşdirilməsinə 410 milyon manatdan çox güzəştli kredit ayrılıb. Artıq bu müəssisələrdən 115-i istifadəyə verilib. Həmin müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq.

Zavodun sərgi salonunda şirkətin müəssisələrində istehsal edilən məhsullar barədə məlumat verilib. Zavodlarda müxtəlif təyinatlı və gərginlikli yağ və güc transformatorları, açıq və qapalı tipli yarımstansiyalar, mühafizə və idarəetmə panelləri, elektrotexniki avadanlıqlar, radiatorlar, bloklar, şkaflar, ümumilikdə 200 çeşiddən artıq tam hazır məhsul və hissələr istehsal olunur. Bu məhsullar Kanada, Cənubi Afrika Respublikası, İraq, Bəhreyn, Bolqarıstan, Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Gürcüstan və digər ölkələrə ixrac olunur. Üç il ərzində şirkətlər qrupunun zavodları 150 milyon dollarlıq məhsul ixrac edib. Yaxın illərdə isə ixracı 3 dəfə artırmaq üçün xarici ölkələrlə danışıqlar aparılır, müqavilələr imzalanır.

Sonra Prezident İlham Əliyev yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoyub.

Qeyd edilib ki, zavodun ümumi sahəsi 20 min kvadratmetr olacaq. Müəssisədə müasir avadanlığın quraşdırılması nəzərə tutulur ki, bu da keyfiyyətli və rəqabətə davamlı məhsul əldə etməyə imkan verəcək. Yeni yaradılacaq müəssisənin istehsal gücü illik 3,4 min müxtəlif avadanlıq, o cümlədən daxili və xarici tip eleqaz açarlar, ayırıcılar, paylayıcı qurğular olacaq. Şirkətin zavodlarında orta aylıq əməkhaqqı 500 manat olmaqla 2024 nəfər işlə təmin edilib. Yeni zavodun istifadəyə verilməsindən sonra bu rəqəmin 2500-ə çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

1news.az

 

Paylaş:
1412

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər