Medvedev 2015-ci ili son 10 ildə ən ağır il hesab edir | 1news.az | Xəbərlər
Dünya

Medvedev 2015-ci ili son 10 ildə ən ağır il hesab edir

20:44 - 13 / 01 / 2016
Medvedev 2015-ci ili son 10 ildə ən ağır il hesab edir

Ötən il Rusiya iqtisadiyyatı üçün son onillikdə ən ağır il olub, Rusiyanın baş naziri Dmitri Medvedev deyib.

"Bizim iqtisadiyyatımız çoxdan neftin qiymətinin kəskin aşağı düşməsi, sanksiyalarla təzyiq, qlobal iqtisadiyyatın paradiqmasındakı dəyişikliklər kimi belə güclü, əsas da sinxron çətinliklərlə üz-üzə gəlməmişdi", Medvedyev bildirib.

Medvedev iqtisadi artım mənbələrinin və ixrac gəlirlərinin çatışmazlığını da qeyd edib. 2015-ci ildə istehsalın, işgüzar və investisiya fəallığının azalması baş verib.

Lakin ən ağrılı zərbə əhalinin gəlirlərinə dəyib, orta sinif xeyli kasıblayıb.

Buna baxmayaraq Medvedev hesab edir ki, Rusiya iqtisadiyyatında vəziyyət mürəkkəb olsa da, idarə olunandır. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı ölkəyə qarşı sanksiyalar tətbiq edildiyi halda belə sabit qalır. Belə ki, Rusiyanın öz problemləri dünya problemlərinin artması fonunda xeyli pisləşib.

Dmitri Medvedev bildirib ki, dünya iqtisadiyyatının baza prinsipləri və onun əsas institutlarının işi pozulub. Eks-prezident neft bazarındakı vəziyyəti misal göstərərək deyib ki, zəif tələbata baxmayaraq təklif artmaqda davam edir, OPEK isə balansı bərpa etməyə çalışmır.

Baş nazir etiraf edib ki, dünya iqtisadiyyatında olan problemlərdən qurtulmaq üçün hökumətdə universal vasitələr yoxdur. Lakin bununla yanaşı, o hesab edir ki, dünya bazarlarındakı vəziyyətə, o cümlədən, karbohidrogenlərin bazarına təsir etmək olar.

Baş nazir sosial dəstək tədbirləri görəcəyini vəd edib.

"Biz iqtisadi canlanma başlamayanadək [müdafiəsiz əhali təbəqəsini] gözləmək və səbir toplamağa dəvət etməyəcəyik. Həyatı daha münasib vaxta qədər təxirə salmaq mümkün deyil. Sosial dəstək sahəsində mövcud vəziyyətə adekvat, ən ciddi tədbirlər görəcəyik", baş nazir bildirib.

Medvedev ölkədə həyat səviyyəsinin aşağı düşməsini dayandıracağını da vəd verib. Amma o əlavə edib ki, bu, ancaq iqtisadi artımın bərpa edilməsi ilə ola bilər.

Baş nazirin sözlərinə görə, Rusiya iqtisadiyyatı enerji resurslarının ixracından gəlirlərinə güvənmədən çalışmalıdır. O hesab edir ki, hakimiyyət qarşısında iqtisadi artımın yeni modelinin yaradılması vəzifəsi dayanıb.

"Bunun üçün investorlar tapmaq və istehsalı müasirləşdirmək lazımdır, bir neçə rayonda bu alınıb", o deyib.

Həmçinin, Medvedev büdcə xərclərinin azaldılmasını istisna etməyib.

BBC

Paylaş:
876

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər