BP Azərbaycanda da olmaqla 4 minə yaxın işçisini ixtisar edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

BP Azərbaycanda da olmaqla 4 minə yaxın işçisini ixtisar edəcək

11:50 - 13 / 01 / 2016
BP Azərbaycanda da olmaqla 4 minə yaxın işçisini ixtisar edəcək

Böyük Britaniyanın neft-qaz şirkəti BP qarşıdakı iki il ərzində fəaliyyət göstərdiyi bəzi ölkələrdə kəşfiyyat və hasilat sahəsində 4 min iş yerini ixtisar edəcək.

1news.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, ixtisar olunacaq işçilər hazırda dünyada kəşfiyyat və hasilat sahəsində çalışan 24 min işçisi olan şirkətin işçi personalının 1/6 hissəsini təşkil edir. İxtisara səbəb isə dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə azalması göstərilir.

Şirkətdən bildiriblər ki, ixtisarlar əsasən neft və qaz hasilatı sahəsində iri həcmli iş aparılan Anqola, Azərbaycan və ABŞ-da həyata keçiriləcək. Bundan başqa Şimal dənizində çalışan 3 min işçidən 600-ü də işi ilə vidalaşmalı olacaq.

Qeyd edək ki, BP ilə yanaşı digər nəhəng şirkətlər də işçilərinin bir hissəsini ixtisar edir. Belə ki, ABŞ-ın “Chevron” şirkəti keçən il 6-7 min işçisini ixtisar edəcəyi ilə bağlı bəyanat yaymışdı.Fransanın “Total” şirkəti də keçən il 2017-ci ildə 2 minə yaxın işçisini çıxaracağını bildirmişdi.

Norveçin “Statoil” şirkəti isə bu il büdcəsinin 1,7 milyard dollara qədər ixtisar olunması ilə əlaqədar 1500 daimi işçisi və 525 məsləhətçisi ilə yollarını ayırmağa hazırlaşır.

1news.az

Paylaş:
1151

Son xəbərlər

Bütün xəbərlər