Əmlak Məsələləri Dövlət Komitəsi yeni ildə ilk “Kütləvi çıxarış” kampaniyasını Yevlaxda keçirib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əmlak Məsələləri Dövlət Komitəsi yeni ildə ilk “Kütləvi çıxarış” kampaniyasını Yevlaxda keçirib – FOTO

15:03 - 15 / 01 / 2016
Əmlak Məsələləri Dövlət Komitəsi yeni ildə ilk “Kütləvi çıxarış” kampaniyasını Yevlaxda keçirib – FOTO

Ölkə prezidentinin dövlət xidmətlərində operativlik, əlçatanlıq, şəffaflıq və məmnunluq prinsiplərinin təmin olunması, xidmətlərin daha da müasirləşdirilməsi barədə tapşırıqlarına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yeni ildə də məqsədyönlü addımları davam etdirir.

1news.az-ın məlumatına görə, Komitə vətəndaşların mülkiyyət hüquqlarının daha səmərəli təmin olunması məqsədilə yeni ildə mobil qeydiyyat tədbirlərinə artıq start verib.

Komitənin davam etdirdiyi mühüm tədbirlərindən biri də sosial layihə olan və xidmətləri bilavasitə vətəndaşın ünvanına çatdıran “Kütləvi çıxarış” kampaniyasıdır.

Belə ki, yeni ildə ilk “Kütləvi çıxarış” kampaniyası dünən Yevlaxda keçirilib. Sosial əhəmiyyətli kampaniya çərçivəsində rayon sakinlərinə bilavasitə yerlərdə və ünvanlarda evlər, mənzillər və torpaqların qeydiyyatına dair operativ xidmətlər göstərilib. Bu xidmətlər dövlət reyestrindən çıxarışların təqdim olunması və ilkin mülkiyyət sənədlərinin qəbulunu əhatə edir.

Yevlax rayonunun bir neçə kəndindən olan 200-ə yaxın sakin ərazi idarəsinə getmədən komitənin mobil ofisləri vasitəsilə çıxarış əldə ediblər. Həmçinin, 100-ə yaxın vətəndaşdan onların mülkiyyətinə dair ilkin sənədlər qəbul olunub.

Xatırladaq ki, belə ilkin mülkiyyət sənədlərinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri, mənzillər barədə orderlər, kolxoz və sovxozlar tərəfindən verilmiş əmrlər və digərləri aiddir.

Yeni ildə kampaniya daxilində yeni aksiyaya da start verilib. Belə ki, kampaniya çərçivəsində komitənin hüquqi yardım aksiyası da keçirilir. Komitənin hüquqşünasları kampaniyada iştirak edən vətəndaşlara evlər, mənzillər, torpaqlara çıxarış və texniki pasport, yüklülük və digər arayışların alınması, qeydiyyat üçün zəruri ilkin sənədlər, çatışmayan sənədlərin əldə olunması, uyğunsuzluqların aradan qaldırılması, dövlət rüsumu və xidmət haqları, qeydiyyat proseduru və mərhələləri ilə bağlı hüquqi izah və istiqamət veriblər. Aparılmış hüquqi maarifləndirmə nəticəsində vətəndaşlara çatdırılıb ki, qeydiyyata alınmış əmlak hüquqi təhlükəsizdir və perspektiv gəlir mənbəyidir. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlak biznes alətinə çevrilə bilər, gəlir götürülməsi məqsədilə istifadə oluna bilər.

Həmin gün komitənin mobil ofisləri vasitəsilə mütəxəssislər bir neçə fiziki məhdudiyyətli vətəndaşın evinə gedərək çıxarışları elə onların evində təqdim edib. Birbaşa evlərdə xidmətlərin göstərilməsi maksimum əlçatanlığı, vaxta qənaəti və rahatlığı təmin etmək məqsədi daşıyır. Kampaniya vətəndaşın ərazi idarəsinə müraciət, idarəyə gəlib-getmə məcburiyyətlərinə son qoyur, nəqliyyat xərclərinin qarşısını alır, qeydiyyatla bağlı dövlət xidmətlərini birbaşa ünvana çatdırır. Xidmətin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Bu rüsumlar yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir. Bütün bu sosial addımlar son nəticədə şəffaflıq, çeviklik, rahatlıq və məmnunluq səviyyəsinin yüksəlməsini təmin edir.

Kampaniyanın digər faydası vətəndaşların qeydiyyat xidmətlərindən daha əlverişli şəkildə faydalanması və daşınmaz əmlakın hüquqi etibarlılığı və iqtisadi səmərəsini daha da artırmasıdır. Bununla yanaşı, kampaniya daşınmaz əmlak bazarının aktivləşməsinə, əmlak sahiblərinin biznes proseslərinə cəlb edilməsinə də öz töhfəsini verir.

Qeyd edək ki, təkcə 2015-ci ildə kampaniya 16 şəhər və ya rayonda həyata keçirilib. Kampaniya başlayandan bu günədək ümumilikdə 6000-dən çox vətəndaş kampaniyadan faydalana bilib.

1news.az

 

Paylaş:
850

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər