Keçən il Azərbaycanda 169 min ton taxıl toxumu istehsal edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Keçən il Azərbaycanda 169 min ton taxıl toxumu istehsal edilib

16:41 - 15 / 01 / 2016
Keçən il Azərbaycanda 169 min ton taxıl toxumu istehsal edilib

Bu gün Kənd Təsərrüfatı Nazirliyində 2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr”in müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

1news.az-ın məlumatına görə, iclasda nazirliyin şöbə müdirləri, müvafiq qurumlarının rəhbərləri  və rayon toxum müfəttişləri iştirak ediblər.

Kollegiyada çıxış edən Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “2015 ildə toxumçuluq sistemində mövcud vəziyyət və qarşıda duran vəzifələr” barədə geniş məlumat verib.

Bildirilib ki, ölkədə aparılan toxumçuluq siyasətinin əsas məqsədi daxili toxum bazarını keyfıyyətli, yüksək məhsuldar bitki sortlarının toxumları və tingləri ilə təmin etməkdən ibarətdir. Bu vəzifənin həyata keçirilməsində özəl toxumçu və ting istehsalçılarının fəaliyyəti xüsusi əhəmiyyətə malikdir.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadı inkişafına dair Dövlət Proqramı” üzrə həyata keçirilən tədbirlər planlarında respublikada bitkiçiliyin, o cümlədən onun tərkib hissəsi olan toxumçuluğun inkişaf etdirilməsi, yüksək keyfıyyətli və məhsuldar toxumlara olan tələbatın ödənilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub və bu istiqamətdə mühüm nailiyyətlər əldə olunub.

“Toxumçuluq haqqında” qanuna uyğun olaraq Nazirlər Kabineti tərəfindən təsdiq olunan kvota əsasında elmi-tədqiqat və digər müvafıq strukturların təcrübə təsərrüfatlarında tələb olunan miqdarda orijinal, super elit və elit toxumlarına çəkilən xərclər dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Həmçinin 2007-ci ildən başlayaraq 1-ci və 2-ci reproduksiyalı toxumlar və ting istehsalına görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilir. Bu tədbir respublikanm regionlarmda toxumçuluq və tingçilik işlərinin genişləndirilməsi, kənd təsərrüfatı bitkilərinin toxumlarının və tinglərinin artırılması, toxumçuluq təsərrüfatlarının maddi-texniki bazalarının yaxşılaşdırılması istiqamətində öz müsbət təsirini göstərməkdədir.

Qeyd olunub ki, dövlət qayğısından istifadə edən bütün növ toxum və ting istehsalçılarının istehsala marağı artıb, istər orijinal, superelit və elit toxumların, istərsə də 1-ci və 2-ci reproduksiyalı toxumların istehsalının genişləndirilməsi imkanları yüksəlib və bəzi bitki toxumlarma, xüsusən strateji əhəmiyyətə malik taxıl toxumuna olan tələbat əsasən daxili istehsal hesabına təmin olunub.

Lakin bəzi hallarda torpaq mülkiyyətçiləri sort və səpin keyfıyyətləri məlum olmayan toxumlardan istifadə edirlər ki, bu da son nəticədə məhsuldarlığın kəskin azalmasına və məhsulun keyfıyyətinin pisləşməsinə səbəb olur.

2015-ci ilin məhsulu üçün toxumçuluq subyektləri tərəfindən əkilmiş 60,4 min ha toxumluq taxıl sahəsində aprobasiya aparılıb və dövlət standartlarının tələblərinə cavab verməyən 18,5 min ha sahə toxum dövriyyəsindən çıxarılıb, qalan 42,0 min ha sahə biçilib və toxumlar təmizlənərək kondisiyaya çatdırılıb.

2015-ci təsərrüfat ilində dövlət və özəl toxumçuluq təsərrüfatları üzrə cəmi 169,0 min ton taxıl toxumu istehsal edilib. İstehsal olunmuş taxıl toxumunun 119,0 min tonu buğda, 50,0 min tonu arpa toxumu olmaqla, cəmi toxumun 42,0 tonunu orijinal, 200,2 tonunu superelit, 1612,0 tonunu elit, 22,6 min tonunu Rı, 43,0 min tonunu R2 və 100,0 min tondan artığı isə reproduksiyasız toxumlar təşkil edib. Toxum istehsalının 37,3 faizi özəl toxumçuluq təsərrüfatlarının, 1,5 faizi Aqrar Elm Mərkəzinin, 0,7 faizi DKTİM MMC-lərin, 60,5 faizi isə ayrı-ayrı fıziki və hüquqi şəxslərin payma düşür.

“Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fıziki şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilməsi barədə” Əsasnamənin tələblərinə uyğun olaraq 2015-ci il ərzində 54 fıziki və hüquqi şəxs toxum istehsalçılarının reyestrinə daxil edilib. Ümumiyyətlə, respublika üzrə cəmi 354 toxumçuluq subyekti toxum və ting istehsalı ilə məşğul olur.

Xatırladılıb ki, Azərbaycan prezidenti “Toxumçuluq haqqında” Qanunun 15-ci maddəsinin 1-ci abzasma uyğun olaraq məhsul istehsalçılarının yüksək məhsuldar və quraqlığadavamlı sortlarm kondisiyalı toxuma olan tələbatlarının dayanıqlı olaraq ödənilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində Dövlət Toxum Fondunun yaradılması haqqında 2 mart 2015-ci il tarixli Sərəncam imzalayıb.

Yaradılan Dövlət Toxum Fondu məhsul istehsalçılarını keyfıyyətli toxumla təmin etmək, dövlətin beynəlxalq müqavilələrini yerinə yetirmək, habelə təbii fəlakətə məruz qalmış bölgələrə köməklik göstərmək funksiyalarını həyata keçirəcək. Bu fəaliyyətlərin təmin olunması məqsədilə Respublikada dövlət reyestrinə daxil edilmiş bitki sortlarının toxumları dövlət, yerli və sığorta fondlarına tədarük olunacaq. Bu da əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında vacib əhəmiyyətə malikdir.

Nazir Heydər Əsədov toxumçuluğun bitkiçilik məhsullarının istehsalında ən vacib sahələrdən biri olduğunu, bu sahənin elmi əsaslarla inkişafının vacibliyini bildirərək toxumçuluq sahəsi üzrə assosiasiyaların yaradılmasını, toxumçuluq sisteminin elektron uçota keçirilməsi, bu sahədə struktur islahatlarının həyata keçirilməsinin, regional Aqrar Elm Mərkəzləri tərəfindən informasiya məsləhət xidmətinin yaxşılaşdırılmasının, bu sahədə şəffaflığa daha yüksək səviyyədə təmin etmək məqsədilə subsidiya alan toxumçuların ünvanları, torpaq sahələri, aldığı subsidiyanın miqdarı barədə qısa zamanda nazirliyin internet səhifəsində yerləşdirilməsinin vacibliyini bildirib.

Kollegiyada çıxış edən rayon toxum müfəttişləri yerlərdə mövcud problemlərdən danışıb, müvafiq təkliflər veriblər.

Kollegiyaya yekun vuran nazir H.Əəsədov bu sahənin daha da inkişaf etdirmək üçün müvafiq tapşırıq və tövsiyələr verib.

Kollegiyada kənd təsərrüfatı məhsulları  istehsalçılarını  yüksək  reproduksiyalı və kondisiyalı toxum və tinglə təmin etmək  məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və onun yerli qurumlarının maddi-texniki bazasının yaxşılaşdırılmasını, bu sahənin elmi əsaslarla inkişaf etdirilməsinin, toxumların təlimata uyğun  sertifikatlaşdırılmasını,  habelə toxumluq əkin  sahələrində və toxum  saxlanılan  yerlərdə müvafiq bitki mühafizə tədbirlərinin həyata keçirilməsini təmin  etmək məqsədilə nazirliyin müvafiq qurum və şöbələrinə tapşırıqlar verilib, 19 rayon Dövlət Toxum Müfəttişliyinin rəisləri ilə müvəqqəti əmək müqaviləsi bağlanılması, 6 rayon toxum müfəttişinin təqaüdə göndərilməsi, 2 rayon toxum müfəttişinin isə vəzifələrinin öhdəsindən layiqincə gələ bilmədiyinə görə onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi barədə qərar qəbul olunub.

1news.az

Paylaş:
1075

Son xəbərlər

DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12
Bütün xəbərlər