İşində kobud pozuntulara yol verən 2 əməkdaş prokurorluq orqanlarından xaric edilib
Şəhər prokurorluğunun əməkdaşları əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etməlidirlər.
1news.az-ın məlumatına görə, bunu bu gün Bakı şəhər prokurorluğunda keçirilmiş geniş əməliyyat müşavirəsində çıxışı zamanı Bakı şəhər prokuroru Əziz Seyidov deyib.
“Keçən il işlərində yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluğunun bir sıra əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 2 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 2 nəfər vəzifədən azad olunub, 1 nəfər isə vəzifədən kənarlaşdırılıb”- deyə, Ə.Seyidov qeyd edib.
1news.az
721