Mərkəzi Bank manatın yanvarın 18-nə olan məzənnəsini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank manatın yanvarın 18-nə olan məzənnəsini açıqlayıb

18:16 - 15 / 01 / 2016
Mərkəzi Bank manatın yanvarın 18-nə olan məzənnəsini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 18 yanvar tarixi üçün manatın ABŞ dollarına olan rəsmi məzənnəsini açıqlayıb.

1news.az AMB-yə istinadən xəbər verir ki, yanvarın 18-də manatın dollara qarşı rəsmi məzənnəsi 1,5870 AZN/USD təşkil edəcək.  

Qeyd edək ki, yanvarın 15-də manatın ABŞ dollarına məzənnəsi 1,5706 AZN/USD idi. Beləliklə, milli valyuta ABŞ dollarına nisbətdə 0,0164 manat və ya 1,044% ucuzlaşıb.

Ələvə edək ki, manatın məzənnəsini 1,5706 AZN/USD təyin edən AMB bildirmişdi ki, bu, 16-17 yanvar tarixlərinə qədər qüvvədə olacaq.

1news.az 

Paylaş:
965

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər