İctimai Ekoloji Şuranın növbəti iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İctimai Ekoloji Şuranın növbəti iclası keçirilib

19:09 - 15 / 01 / 2016
İctimai Ekoloji Şuranın növbəti iclası keçirilib

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yaradılmış İctimai Ekoloji Şuranın növbəti geniş iclası keçirilib.

Bu haqda 1news.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Məlumatda qeyd olunur ki, iclasda Şuranın üzvləri ilə yanaşı, vətəndaş cəmiyyətinin digər tanınmış təmsilçiləri və müstəqil ekspertlər  də iştirak edib. 40-a yaxın nümayəndənin iştirakı ilə keçirilən açıq iclasda 3 məsələ - İDEA İctimai Birliyinin nümayəndəsi, ekoloq Nəzakət İsayevanın  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri yanında İctimai Ekoloji Şurada təmsilçiliyi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının  Paris razılaşmasının qəbul edilməsindən sonra bu sahədə milli strategiyanın əsas istiqamətlərinin müəyyənləşdirilməsi və “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın layihəsi müzakirəyə çıxarılıb.

İctimai Ekoloji Şuranın iclasını giriş sözü ilə açan Şuranın sədri, Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov bildirib ki, müvafiq fəaliyyət sahələrində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması nazirliyin əsas fəaliyyət prinsiplərindən biridir və ETSN-də 2010-cu ildən fəaliyyət göstərən İctimai Ekoloji Şura ölkə başçısının bütün fəaliyyət sahələrində ictimai nəzarətin həyata keçirilməsinə şərait yaradılması barədə müəyyən etdiyi siyasətin tərkib hissəsidir. H.Bağırov Şuranın iclaslarının bundan sonra da vətəndaş cəmiyyətinin bütün nümayəndələrinə açıq olduğunu, istənilən məsələlərin ictimai müzakirəsinin təşkili üçün lazımi şəraitin yaradıldığını qeyd edib. Sonra Nazir müzakirəyə çıxarılan məsələlər haqqında Şura üzvlərinə ümumi məlumat verib və gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb. 

İDEA İctimai Birliyinin nümayəndəsi, ekoloq Nəzakət İsayevanın Ekologiya və Təbii Sərvətlər Naziri yanında İctimai Ekoloji Şurada təmsilçiliyi məsələsinə baxılıb və onun ictimai şurada təmsil olunması barədə qərar qəbul edilib.

İclasın gündəliyində duran ikinci məsələ - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris razılaşmasının qəbul edilməsindən sonra bu sahədə milli strategiyanın əsas istiqamətlərinin müəyyənləşdirilməsi müzakirə olunub. Müzakirələrdə çıxış edən QHT nümayəndələri, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev, Beynəlxalq Hidroloji Proqramlar Birliyinin rəhbəri Rafiq Verdiyev, Energetika, Ekologiya, Maarifçilik Mərkəzinin sədri Vaqif Əliyev, Davamlı İnkişaf Cəmiyyətinin sədri Fikrət Cəfərov və müstəqil ekspert Samir İsayev strateji cəhətdən ölkədə bu sahədə düzgün istiqamət götürüldüyünü qeyd edib, bundan sonrakı dövrlərdə də eyni xətt üzrə fəaliyyətin davam etdirilməsini məqbul sayıblar.

“Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın layihəsinin müzakirəsində isə çıxış edən vətəndaş cəmiyyətinin təmsilçiləri, Ekoloji Proqnoz Milli Mərkəzinin sədri Telman Zeynalov, Azərbaycan Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova, Azərbaycan Heyvanların Mühafizə Cəmiyyətinin prezidenti Azər Qarayev, “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və “Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyinin sədri Çingiz Nəzərov layihə üzrə müxtəlif məqamlara toxunaraq konkret rəy və təkliflərini bildiriblər.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Naziri yanında 2010-cu ildən fəaliyyət göstərən və vətəndaş cəmiyyəti təmsilçiləri üçün açıq olan İctimai Ekoloji Şura respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökümət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədilə yaradılıb.

 1news.az                                               

 

 

 

 

 

 

 

 

 

Paylaş:
845

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər