ABŞ nüvə müqaviləsi çərçivəsində İranın öhdəliklərinin həyata keçirilməsində irəliləyiş müəyyən edir
ABŞ Administrasiyası hesab edir ki, İran dünya ictimaiyyəti ilə nüvə müqaviləsinin realizə edilməsi çərçivəsində “mühüm irəliləyişlər” əldə edib. Bu haqda Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bəyan edib.
“Bizə məlumdur ki, İran mühüm irəliləyişə nail olub. O, nüvə obyektlərinin bir hissəsini ləğv edib”, - Ernest bildirib.
Ernest qeyd edib ki, İranın MAQATE tərəfindən bütün addımları yoxlanılmayana qədər ona irəli sürülmüş sanksiyalarda yüngülləşmə almayacaq.
РИА Новости
1082