“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
15 yanvar 2016-cı il tarixində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri, “Qala” DTEQ-nun əməkdaşları, həmçinin ictimaiyyət nümayəndələri iştirak etmişdir.
20 Yanvar faciəsi zamanı şəhid olan qəhrəman həmvətənlərimizin ruhuna bir dəqiqəlik sükut elan edilmişdir. Ardınca tariximizin qanlı yaddaşında həmişəlik yer tutan 20 Yanvar faciəsi barəsində iştirakçılar xatirələri və fikirləri ilə bölüşmüş, şeirlər səsləndirmişdir.
Tədbir iştirakçıları 20 Yanvar faciəsində Azərbaycan xalqının göstərdiyi birliyi, qəhrəmanlıqı, şücaəti qeyd edərək bu tarixin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini vurğulamışlar.