20 Yanvar Azərbaycan xalqının tarixində milli oyanış günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

20 Yanvar Azərbaycan xalqının tarixində milli oyanış günüdür

21:37 - 16 / 01 / 2016
20 Yanvar Azərbaycan xalqının tarixində milli oyanış günüdür

Azərbaycan Universitetində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan anma tədbiri keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, “Qanları ilə azadlıq dastanı yazanlar - 20 Yanvar şəhidləri” filmi nümayiş etdirilib.

Tədbirdə universitetin rektoru Fərid Əhmədov 20 Yanvarın Azərbaycan xalqının tarixində milli oyanış günü olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev 20 Yanvar tarixinin Azərbaycan xalqının qan yaddaşına yazılan qəhrəmanlıq salnaməsi olduğunu bildirib. Bu tarixin, eyni zamanda, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurənin oyanış günü olduğu diqqətə çatdırılıb.

Digər çıxış edənlər də 20 Yanvar hadisələrinin mənəvi, siyasi, hüquqi aspektləri barədə məlumat verib, gəncləri bu faciəni unutmamağa, daim xatırlamağa səsləyiblər.

Bildirilib ki, ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. 1993-cü ildən sonra isə bu faciənin səbəblərinin araşdırılması, onu törədənlərin məsuliyyətə cəlb olunması, 20 Yanvar hadisələrinin əbədiləşdirilməsi və dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görülüb.

Paylaş:
579

Son xəbərlər

Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”Bu gün, 12:47Sabah Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaqBu gün, 12:32Bakıda Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü keçirilibBu gün, 12:26Sabah 25 dərəcə isti olacaq - ProqnozBu gün, 12:09Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu - FOTOBu gün, 12:07İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verildi - ADLARBu gün, 11:54Şahdağa qar yağıb - Faktiki havaBu gün, 11:22İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblarBu gün, 11:06İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edibBu gün, 10:21Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlanıbBu gün, 09:56Xarici İşlər Nazirliyi Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edibBu gün, 09:25Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edibBu gün, 09:07Mingəçevir polisi əməliyyat keçirdi - Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanılıbBu gün, 08:54Bu gün 9 May - Qələbə GünüdürBu gün, 08:47Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!08 / 05 / 2024, 18:12Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans keçirilib08 / 05 / 2024, 17:51Dövlət Komitəsi beynəlxalq mükafata layiq görülüb08 / 05 / 2024, 17:44Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİB08 / 05 / 2024, 17:36İsmail Serageldin Prezidentin fəxri diplomu ilə təltif edilib08 / 05 / 2024, 17:24Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib08 / 05 / 2024, 17:14
Bütün xəbərlər